"Məktəbdə seks videosu məsələsinin arxasında üçüncü qüvvələr var"- Açıqlama

“Şəmkir rayonu Seyfəli kənd orta məktəbində direktorla-müəllim haqqında danışılanlar başdan-ayağa böhtandır.”

Bunu AzNews.az-a açıqlamasında Seyfəli kənd icra nümayəndəsi Ələddin Əliyev bildirib. O, hazırda Şəmkir rayon Təhsil şöbəsinin əməkdaşlarının sözü gedən məktəbdə olduğunu və araşdırmaların aparıldığını qeyd edib:

“Heç kəsə elə səlahiyyət verilməyib ki, bu böyüklükdə böhtan danışsın. Xatirə Əliyeva ixtisara düşüb. Məktəbdə müəyyən adamlar var, onlar bundan istifadə edib hay-küy yaradıblar. Hər şey camaatın gözünün qarşısında baş verir. Xatirə anadır, onun da övladı var, kənd yeridir, heç olmasa bir bunu düşünsün. Bunun sonu necə olacaq, necə nəticələnəcək, bax bu barədə demək çətindir. Akif Namazov ailəsindən ayrılıb, özü də tək yaşayır. Əxlaqında hər hansı problem olsa, o mütləq kənddə üzə çıxar.”

Seyfəli kənd bələdiyyəsinin sədri Qalib Əhmədov sözü gedən məktəbdə həmişə ədavətin olduğunu, dava-dalaşın getdiyini vurğulayıb: “Xatirə Əliyeva işdən çıxandan sonra məktəbdə üçüncü qüvvələr hərəkətə keçib. Xatirə Əliyevain hardasa 25 yaşı olar, ya olmaz. Ailəsi, uşaqları, heç vaxt arxasınca söz-söhbət eşidilməyib. Akif Namazov bir az haqq tərəfdarıdır, qadın məsələsində o, dürüst adamdır. Allahla danışmaq lazımdır. Bu məktəbdə ömrü boyu ədavət aparılıb. Məktəbdə 2-3 qruplaşma var. Xatirə Əliyevanın işdən çıxarılması da qruplaşmaları bir az hərəkətə gətirib. Bu məktəbdə olan narazılıqları da rayon təhsil şöbəsi gözəl bilir. İcra başçısı dəfələrlə məktəb direktorunu çağırıb söhbət aparıb. Hətta söhbətə biz də qarışmışıq. Akif müəllim özü də bundan əvvəlki direktorun ardınca Təhsil Nazirliyinə yazırdı. Deyirdi ki, “burda direktor mən olmalıyam. Bunun 65 yaşı var, niyə çıxarmırsınız”. Sonda istəyinə nail olub direktor oldu. Bu məktəb həmişə mübahisə ocağı olub.”

Bahar RÜSTƏMLİ

AzNews.az