- Köhnə - Cəmiyyət
- 17 Yanvar 2017 16:01
- 4 998
Bakı sakininə qarşı dələduzluq - 280 minlik
Bakı şəhər sakininə qarşı 280 min manatlıq dələduzluq edilib.
"Report"un xəbərinə görə, Səbail Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edən zərərçəkmiş 1967-ci il təvəllüdlü Məlahət Qurbanova bildirib ki, 2015-ci ilin may ayında 1966-ci il təvəllüdlü Bəhlul Həsənov onu aldadaraq 280 000 manat pulunu alıb.
Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.