“Tanınmış psixoloq da intihar edib." “Tanınmış psixoloq da intihar edib."

“Dövlət intihar hallarının qarşısının alınması üçün ciddi işlər görməlidir”- Millət vəkili

“Tanınmış psixoloq da intihar edib."

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Fazil Mustafa psixoloq Dəyanət Rzayevin intihar hadisəsinə münasibətində deyib. Deputatın sözlərinə görə, intiharların adiləşməsi cəmiyyətin alt qatlarında çox ciddi problemlərin yaşandığından xəbər verir:

“Tanınmış psixoloq da intihar edib. Sosioloji tədqiqatlar aparan, rəy sorğusu keçirən quruluşların fəaliyyəti də ortada yoxdur ki, tendensiya barədə doğru-dürüst bilgilər əldə etmək mümkün olsun. Hər halda intihar motivləri barədə geniş təhlillər aparılmalıdır. Sosial vəziyyətin ağırlaşması məsələnin bir tərəfidir, ancaq təkcə bir motivlə bu faciəli addımın atılması inandırıcı görünmür. Dövlət səviyyəsində də bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməlidir.”

Fazil Mustafa Milli Məclisin müvafiq komitələrində və plenar iclasında intihar mövzusunun açıq müzakirəyə ehtiyacı olduğunu qeyd edib: “Çox narahatedici bir vəziyyətdir, konkret təkliflər vermək də çətindir. Hər halda səbəbləri və motivləri cəmiyyətdə soyuqqanlı şəkildə müzakirə olunmalıdır ki, bundan sonrakı faciələrin qarşısını almaq mümkün olsun.”

Bahar RÜSTƏMLİ

AzNews.az