Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sabiq deputatın məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, proses hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə prosesdi fevralın 2-nə təyin edilib.

İttihama görə, D.Xəlilov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

D.Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Təqsirləndirilən şəxs Bakıda tanınmış “Globus Plaza”nın sahibidir. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumu və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.

AzNews.az