Azərbaycanda daha 5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyinatı həyata keçirilib. Azərbaycanda daha 5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyinatı həyata keçirilib.

Nazirdən 5 rəis - Təyinatı

Azərbaycanda daha 5 Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyinatı həyata keçirilib.

Bu barədə AzNews.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən, Tahir Əliyev Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin, Əhməd Ramazanov Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin, Elçin Hüseynov Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin, Lətifə Mövsümova Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin, Vüsal Nəsirli Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub.