Ombudsmanın nümayəndələri İsmayıllı hadisələri zamanı saxlanılan şəxslərlə görüşüblər. Ombudsmanın nümayəndələri İsmayıllı hadisələri zamanı saxlanılan şəxslərlə görüşüblər.

İsmayıllı hadisələrində saxlanılanlar şikayətçi deyillər

Ombudsmanın nümayəndələri İsmayıllı hadisələri zamanı saxlanılan şəxslərlə görüşüblər.



Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı tutulan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 12 nəfər təqsirləndirilən şəxslə görüşüblər.
Həmin şəxslər saxlanılma şəraiti və onlara qarşı rəftardan şikayət etməyiblər.

Məlum olub ki, fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 10 nəfərlə bağlı Cinayət Məcəlləsinin 186.2.1, 233 və 315.2-ci maddələri üzrə, 2-si ilə bağlı isə 221.2.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslərin hər biri dövlət hesabına vəkillə təmin ediliblər.
Başçəkmə zamanı, həmçinin BMCMİ-nin Müvəqqəti saxlanılma yerinin yeni təmir edildiyi və müasir tələblərə tam cavab verdiyi məlum olub.

Müvəkkilin Baş Prokurorluğa müraciəti nəticəsində təqsirləndirilən şəxslərin öz seçdikləri vəkillə görüşməsi və onların müvəqqəti saxlanılma yerindən istintaq təcridxanasına köçürülməsinin təmin olunması üzrə tədbirlər görüldüyü bildirilib.