Obamanın bəyanat verməsi üçün imzatoplama aksiyası

Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the people) bölməsində Xocalı qətliamının tanınması məqsədilə yerləşdirilmiş petisiya üçün faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə imzatoplama kampaniyasına başlanılıb.




Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, artıq ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb.

Məlumatda qeyd olunur ki, "Biz xalqıq" kampaniyasında səsvermədə iştirak etməzdən əvvəl "İştirak şərtlərini" oxuduğunuza, qəbul olunmuş qayda və təlimatlara riayət etdiyinizə əmin olmaq lazımdır.
"Biz xalqıq" kampaniyasında iştirak etmək üçün WhiteHouse.gov ünvanında hesab yaratmaq vacibdir.

Bunun üçün əvvəlcə saytda "Hesab yarat" (Create an account) bölməsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Daha sonra orada e-mail ünvanına daxil olub göndərilən linki təsdiqləmək lazımdır.
Təsdiqlədikdən sonra "SİGN THİS PETİTİON" (Bu ərizəni imzala) düyməsini sıxaraq səs vermək olar.
Qeyd edək ki, petisiyanın müzakirəyə çıxarılması üçün ona fevralın 25-ə qədər 100 min adamın səs verməsi lazımdır.

Petisiyaya səs vermək üçün bu linkə daxil olmaq olar.


https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx?utm_source=wh.gov&utm_medium=shorturl&utm_campaign=shorturl

AzNews.az