Rəis təcridxanaya “hücum“ təşkil etdi-Bakı-ÖZƏL

Kürdəxanıdakı təcridxanaya yeni təyin olunan rəisin "kadr islahatlrı"-TƏFƏRRÜAT



Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasına yeni rəis təyin olunandan sonra orada bir sıra "kadır islahatları" həyata keçirilib. AzNews.az-ın əldə etdiyi məlumata görə, təcridxana ədliyyə polkovniki Azər Seyidova həvalə olunan günün səhəri (yanvarın 22-si) MəmmədbağırKazım adlı iki çavuşu işdən qovub.

Bu şəxslərin vəzifələri kiçik olsa da, onların tutduqları post təcridxana rəhbərlərinin "pul kisəsi" hesab olunurmuş. Belə ki, onlar həbsxananın keçidində "xidmət edir", dustaqlara görüşlər təşkil etməklə qaz vurub, qazanc doldururmuşlar. Yeni rəis isə gələr-gəlməz onları "vurdurub". Belə ki, gözlənilmədən onların əyləşdiyi otağa qara maskalılar girərək, yoxlamalar aparıblar.

Məhz bu əməliyyatdan sonra onlar həmin postdan uzaqlaşdırıblar. Məlumatda o da qeyd edilir ki, Məmmədbağır və Kazım yeni rəisə həmin postda daha iki il qalmaq üçün külli miqdarda pul da təklif ediblər. Ancaq, Azər Seyidov bununla razılaşmayıb.

Çünki yazılmayan qanunlara görə, belə müəssisələrdə məhz həmin "görüş satılan" məntəqədə təcridxana rəhbərlərinin ən etibarlı adamları oturur.
Bu günlərdə yeni rəisin ora ən yaxın adamlarından gətirəcəyi şübhə doğurmur.


Sonda qeyd edək ki, təcridxananın sabiq rəisi ədliyyə polkovniki Elxan Sadıqov uzun illərdir ki, penitensiar xidmətdə çalışırdı. O, 2009-cu ilin may ayından Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsində idi. Ona qədər Şüvəlan təcridxanasına, daha əvvəllər isə 10, 13 saylı cəzaçəkmə müəssisələrinə rəhbərlik edib. E. Sadıqov yanvarın 18-də yaş həddi ilə bağlı təqaüdə göndərildi.

Azər
AzNews.az