Azərbaycan və Gürcüstan dini liderlərinin telefon danışığı olub

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və Bütün Gürcüstan katolikosunun patriarxı II İlya arasında telefon danışığı olub.

Bu barədə SalamNews-a QMİ-nin Gürcüstan Nümayədəliyinin məsul əməkdaşı Ayvaz Mərdanov məlumat verib.

O deyib ki, QMİ-nin Gürcüstan Nümayədəliyinin rəhbəri Hacı Əli Əliyev bu gün Gürcüstan katolikosunun patriarxı II İlya ilə görüşüb. Görüşdə bir sıra məsələr, ikitərəfli əlaqələrin hazırki və sonrakı inkişafı müzakirə edilib.

AzNews.az