AzNews.az-a bəlli olan təkcə bu deyil, əlimizdə daha ilginc faktlar var: oxuyun, maraqlıdır... AzNews.az-a bəlli olan təkcə bu deyil, əlimizdə daha ilginc faktlar var: oxuyun, maraqlıdır...

Gülər Əhmədovanın saytının adı bəlli oldu - EKSKLÜZİV

AzNews.az-a bəlli olan təkcə bu deyil, əlimizdə daha ilginc faktlar var: oxuyun, maraqlıdır...



Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı "mandat videosu"nun qəhrəmanı, sabiq YAP-çı deputatın yeni xəbər portalı təsis etməsilə bağlı dünən məlumat yaymışdıq.

Sözügedən yazıda qeyd etmişdik ki, Gülər Əhmədovanın yaratdığı sayta köməkçisi Əhməd Şahidov rəhbərlik edəcək. Eyni zamanda məlumat vermişdik ki, artıq yeni saytın hazırlanması ilə bağlı texniki işlər yekunlaşmaq üzrədir və kollektivin müəyyənləşdirilməsinə başlanılıb.
Bu informasıyanın dərcindən sonra sabiq deputat informasiya portallarından birinə açıqlama verərək, bizim ünvanımıza sərt ifadələr səsləndirib və saytımızı yalan informasiya yaymaqda suçlayıb.
Amma biz yazdıqlarımızın həqiqət olduğunu bir daha bəyan edərək, əlimizdə olan digər informasiyaları da sizlərlə bölüşmək qərarına gəldik.
Əməkdaşımızın apardığı araşdırma zamanı məlum olub ki, Gülər xanımın kurasiyasında olacaq yeni saytın adı "JUR.AZ"-dır. Artıq bu adda domenin alınması da əldə etdiyimiz informasiyalar arasındadır. Qeyd edək ki, həmin domen Əliyev Coşqun Cəlal oğlunun adına qeydiyyatdan keçib. AzNews.az-ın araşdırması zamanı o da məlum olub ki, jur.az domeninin sahibi olan C. Əliyev "Mərkəz" qəzetində Gülər Əhmədovaya ən sadiq əməkdaşlarından biri olub. Qəzetlə ötən ilin yay aylarında əməkdaşlığa başlayıb. Qısa müddət sonra məlum video qalmaqalı kollektivi maliyyə problemləri ilə üzləşdirib. Lakin bu zaman uzun illər "Mərkəz" qəzetində işləyən əməkdaşların belə etiraz etməsinə baxmayaraq C.Cəlaloğlu etirazçılara qatılmayıb, hətta qəzetdə əməkhaqqı almadan işləməyə razı olub. Bundan sonra G.Əhmədova C.Cəlaloğlunu redaktor təyin edib, ancaq gənc jurnalist bu vəzifədə çox işləyə bilməyib. Qəzetin bir neçə sayı da çapdan çıxdıqdan sonra qəzet maliyyə çətinliyi ucbatından fəaliyyətini dayandırıb. Hazırda C.Cəlaloğlu Lid İnformasiya agentliyini baş redaktorudur.

Amma araşdırmamız zamanı bəlli olanlar bununla yekunlaşmır. Onu da dəqiqləşdirmişik ki, sabiq millət vəkilinin mətbuatla bağlı planları və məqsədləri daha genişdir və o yeni sayt təsis etməklə yanaşı həm də mövcud olan daha bir neçə saytla da ödənişli əsasda əməkdaşlıq edir. Gülər xanım ictimailəşdirmək istədiyi məlumatları da məhz həmin saytlar vasitəsilə yayır. Həmin informasiyalar isə əsasən iki istiqamətlidir:

1.Həmin saytlar vaxtaşırı Gülər Əhmədovanın hanısısa məşhur simalarla birlikdə olması, hansısa ziyafətdə, və ya "şübhəli" görüşlərdə iştirak etməsilə bağlı dezinformasiya yayırlar. Bununla da G. Əhmədova cəmiyyətdə hələ də arxalı adam olması və nüfuzlu şəxslərin son anda onu müdafiə edəcəyi fikrini formalaşdırmağa çalışır.

2.Gülər Əhmədova hökumət daxilində bəzi gizli mətləbləri faş etməklə daxili mübarizəni bir qədər də alovlandırmaq və diqqətləri öz üzərindən yayındırmağa çalışır. Həmin informasiyalara diqqət yetirdikdə açıq-aydın görünür ki, "vurulan" adamlar Gülər xanımın həbsini istəyən məmurlardır.


Sonda onu da bildirək ki, onun hansı saytlarla hansı şərtlər daxilində işlədiyi bizə məlumdur. Hətta onlara ayırdığı maliyyənin miqdarından da məlumatımız var. Amma hələlik bunları açıqlamaq istəmirik. Ancaq Gülər xanım buna da sübut istəsə, əlbəttə ki, bildiklərimizi həm onunla, həm də hər kəslə paylaşmağa hazırıq.

Azər
AzNews.az