Ombudsman Aparatının əməkdaşları Quba hadisələri zamanı saxlanılan şəxslərlə görüşüblər. Ombudsman Aparatının əməkdaşları Quba hadisələri zamanı saxlanılan şəxslərlə görüşüblər.

Ombudsman Ramil Usubova müraciət etdi

Ombudsman Aparatının əməkdaşları Quba hadisələri zamanı saxlanılan şəxslərlə görüşüblər.




Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkilin tapşırığına əsasən,

Ombudsman Aparatının əməkdaşları Quba hadisələri zamanı həbs olunmuş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinn Bakı İstintaq Təcridxanasında saxlanılan 6 nəfərlə görüşüblər. Görüşdə məqsədlərdən biri də həmin şəxslərin Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlanma yerində saxlanma şəraiti ilə bağlı etdikləri narazılıq olub.
Həmin şəxslərin hər biri diqqətlə dinlənilib, qaldırdıqları məsələlərlə bağlı qeydlər edilib.

Onların diqqətinə çatdırılıb ki, Xaçmaz RPŞ MSY-nin saxlanma şəraitinin vəziyyəti Müvəkkilin diqqətindədir. Belə ki, Ombudsmanın Milli Preventiv

Qrupunun üzvləri artıq həmin müəssisəyə başçəkmə həyata keçirib və saxlanılma şəraitinin standartlara uyğunlaşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib. DİN-dən Xaçmaz RPŞ MSY-də saxlanılma şəraitinin təkmilləşdirilməsi üzrə işlər görüldüyü və zəruri tədbirlərin davam etdirildiyi bildirilib.
Bakı İstintaq Təcridxanasında saxlanılan həmin şəxslər burada saxlanılma şəraiti və əməkdaşların onlara qarşı rəftarından şikayətlərinin olmadığını söyləyiblər.

Görüşün nəticələri ilə bağlı təcridxana rəhbərliyinə tövsiyələr verilib, Xaçmaz RPŞ MSY ilə bağlı qaldırılan məsələlərlə əlaqədar isə Müvəkkil tərəfindən DİN-ə müraciət edilib.

AzNews.az