Bakıda ruhi əsəb dispanserində iki xəstə dava edib. Biri o birinin gözünü çıxarıb. Bakıda ruhi əsəb dispanserində iki xəstə dava edib. Biri o birinin gözünü çıxarıb.

Bakıda dəhşətli hadisə: Xəstənin gözünü çıxartdılar

Bakıda ruhi əsəb dispanserində iki xəstə dava edib. Biri o birinin gözünü çıxarıb.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, yaxınlarının artıq həmin dispanserdə qalmasından narahatdırlar. Çünki bu hadisə ruhi xəstələrə ciddi nəzarət olunmadığını göstərir.

Ruhi dispanserdə iki xəstə dalaşdı, biri o birinin gözünü çıxartdı. Hadisə bazar günü Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində baş verib. Belə ki, dispanserdə müalicə alan 51 yaşlı Mürvət Səfərovun digər xəstələrlə mübahisəsi yaranıb.

Otağa gələndən sonra isə mübahisə böyüyüb, dava nəticəsində Mürvət Səfərovun gözünə xəsarət yetirilib. Nəticədə onun gözü çıxıb. Xəstəni Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna çatdırıblar və o,əməliyyat olunub. Mürvət Səfərovun oğlu Ceyhun Səfərov deyir ki, artıq atasının orda qalmasından ehtiyyat edirlər.

Səhiyyə Nazirliyindən Xəzər Xəbərə bildirdilər ki, belə hadisələr nadir hallarda baş verir və məsələ araşdırılır. 1 saylı Ruhi Əsəb Dispanseriin baş həkim müavini Sevinc Cəmilqızı isə "Xəzər Xəbər”ə bildirdi ki, xəsarət yetirən xəstə oyanıq durumda olub. Oyanıq durumda olan xəstəni saxlamaq isə çətindir. Hətta sakitləşdirici dərmanlar da belə vəziyyətdə xəstəyə təsir etmir. Bura ruhi dispanserdir və xəstələrin durumu da nəzərə alınmalıdır.