Bakıda qadını soyan şəxs saxlanıldı

Bakı şəhər sakini Püstəxanım Muxtarovaya qarşı soyğunçuluq etmiş şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, martın 1-də Nəsimi rayonunun Moskva prospektində naməlum şəxs Bakı şəhər sakini Püstəxanım Muxtarovaya zor tətbiq edib içərisində 50 manat pul, mobil telefon, qızıl əşyalar və sənəd olan çantasını soyğunçuluq yolu ilə alıb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunan Əli Əliyev tutulub. Ondan 9,257 qram marixuana götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun fevralın 27-də daha bir paytaxt sakininin içərisində 55 manat pul, mobil telefon, eynək və açar olan çantasını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.