Əkin sahəsində raket mərmisinin partladıcısı tapıldı - Foto

Tərtər rayonu Qaynaq kəndində əkin sahəsinə baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AzNews.az-a verilən məlumata görə, baxış zamanı 1 ədəd raket mərmisinin partladıcısı (QDT-90) və mühərrik hissəsinin partlamış qalıqları aşkar edilərək götürülüb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 03 mart 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 117 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 969 ədəd partlamamış hərbi sursat, 66 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 840 018 kv.m ərazi (415 596 kv.m ərazi əl ilə, 195 600 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 115 822 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.