Bu gün Azərbaycanın görkəmli siyasi xadimi, mütəfəkkiri, Şərqdə ilk demokratik dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 62-cı ili tamam olur. Bu gün Azərbaycanın görkəmli siyasi xadimi, mütəfəkkiri, Şərqdə ilk demokratik dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 62-cı ili tamam olur.

Məhəmməd Əmin Rəsulzadənin vəfatından 62 il ötür

Bu gün Azərbaycanın görkəmli siyasi xadimi, mütəfəkkiri, Şərqdə ilk demokratik dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 62-cı ili tamam olur.

AzNews.az xəbər verir ki, Məhəmməd Əmin bəy 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya gəlib. İlk təhsilini ikinci “Rus-müsəlman” məktəbində alıb, daha sonra təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Məhəmməd Əmin Rəsulzadə inqilabi fəaliyyətə də həmin illərdə başlayıb. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən həbs olunması təhlükəsi ilə bağlı Bakını tərk edərək bir müddət İranda yaşayıb. Rəsulzadə İranda da siyasi fəaliyyətini davam etdirərək Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasını yaradır.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M. Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.