Ermənistandan olan ictimai fəal Sargis Movsisyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasının vacibliyi barədə bəyanat verərək Ermənistan Azərbaycan Sülh Platformasına qoşulub. Ermənistandan olan ictimai fəal Sargis Movsisyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasının vacibliyi barədə bəyanat verərək Ermənistan Azərbaycan Sülh Platformasına qoşulub.

Ermənistanlı ictimai fəal Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

Ermənistandan olan ictimai fəal Sargis Movsisyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasının vacibliyi barədə bəyanat verərək Ermənistan Azərbaycan Sülh Platformasına qoşulub.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir:

“Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha vurğulayıram. Bu münaqişə məhz beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr yerinə yetirilməlidir. ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayıram. Yaxın keçmişdə erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, çox dərin təəssüf hissi ilə qeyd edirəm ki, erməni və Azərbaycan xalqlarının hazırda bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və 25 ildən çox davam edən münaqişənin həllini dəstəklədiyimi və əsas məqsədi Cənubi Qafqaz regionunda sülh və əminamanlıq qurmaq və onu saxlamaq olan Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Buna görə də, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm!".