Bu günlərdə saytlardan birində “Dağçılıq idman növü ilə dağ turizminin əlaqəsi və Azərbaycanda dağ turizminin inkişaf səviyyəsi” mövzusunda birtərəfli mövqe nümayişi ilə hazırlanan ittiham xarakterli bir reportaj diqqətimi cəlb etdi. Araşdırma adlandırılan və birtərəfli hazırlanan reportajda təcrübəsizlikdən yaxud qərəzlilikdən (hər halda inanmağa çalışaq ki, təcrübəsizlikdən), yüksək dağlıq ərazilərin qanunlara əməl edən hər kəsə açıq olması barədə heç bir məlumat verilmir və əsas məlumat mənbəyi olan tərəfin mövqeyi əks olunmur. Bu günlərdə saytlardan birində “Dağçılıq idman növü ilə dağ turizminin əlaqəsi və Azərbaycanda dağ turizminin inkişaf səviyyəsi” mövzusunda birtərəfli mövqe nümayişi ilə hazırlanan ittiham xarakterli bir reportaj diqqətimi cəlb etdi. Araşdırma adlandırılan və birtərəfli hazırlanan reportajda təcrübəsizlikdən yaxud qərəzlilikdən (hər halda inanmağa çalışaq ki, təcrübəsizlikdən), yüksək dağlıq ərazilərin qanunlara əməl edən hər kəsə açıq olması barədə heç bir məlumat verilmir və əsas məlumat mənbəyi olan tərəfin mövqeyi əks olunmur.

Nazirlik yüksək dağlıq ərazilərə getmək istəyənlərə 1 gün ərzində icazə verir

Bu günlərdə saytlardan birində “Dağçılıq idman növü ilə dağ turizminin əlaqəsi və Azərbaycanda dağ turizminin inkişaf səviyyəsi” mövzusunda birtərəfli mövqe nümayişi ilə hazırlanan ittiham xarakterli bir reportaj diqqətimi cəlb etdi. Araşdırma adlandırılan və birtərəfli hazırlanan reportajda təcrübəsizlikdən yaxud qərəzlilikdən (hər halda inanmağa çalışaq ki, təcrübəsizlikdən), yüksək dağlıq ərazilərin qanunlara əməl edən hər kəsə açıq olması barədə heç bir məlumat verilmir və əsas məlumat mənbəyi olan tərəfin mövqeyi əks olunmur.

Məhz qeyd olunan mövzu ilə bağlı rəsmi sənədlərin, faktların və fikri dinlənilməyən tərəfin mövqeyinin nümayişinə zərurət var.

Əvvəla, bilmədikləri məsələlərlə bağlı məlumatları dəqiqləşdirmədən fikir bildirmək böyük səriştəsizlikdir, həm materialı hazırlayan müəllif, həm də müsahiblər tərəfindən... Ən azı bu sahəyə birbaşa aidiyyəti olan, müzakirə olunan məsələyə və yanlış, təhrif olunmuş faktlara aydınlıq gətirə bilən qurumlardan dəqiqləşdirmə aparmaq olardı. Bu, jurnalistikanın prinsiplərinə ziddir, əgər bu iş oxucular üçün görülürsə, onların həqiqəti bilmək haqqının və ümumiyyətlə hüquqlarının pozulmasıdır. Belə çıxır ki, kimə necə sərf edirsə, öz yanlış və qərəzli fikrini cəmiyyətə ötürə bilər, cəmiyyətdə yanlış fikir formalaşdırıla bilər.

Bir az obyektiv və hətta çox qısa araşdırma onu göstərir ki, uzun illər ölkədə dağçılıq sahəsində xaos hökm sürüb. Azərbaycanda alpinizmin inkişafına cavabdeh təşkilat və ona nəzarət edən, ölkəmizə münasibətdə mövqeləri şübhə doğuran nümayəndələri tərəfindən ölkənin təbiət əraziləri, o cümlədən yüksək dağlıq sahələri heç bir normativlər gözlənilmədən, mənəvi dəyərlərə hörmət göstərilmədən istismar edilib.

Qeyd edək ki, bütün dünyada qorunan ərazilərə daxil olmaq üçün turistlərdən müəyyən sənədlər və iltizamlar tələb olunur. Dünyanın yüksək dağlıq ərazilərinə səfər edən turistlər bilir ki, orada dəfələrlə çox anketlər və sənədlərin doldurulması, qabaqcadan yoxlama məqsədilə məlumatların göndərilməsi tələb olunur və giriş haqları dəfələrlə Azərbaycanda müəyyən olunmuş haqlardan yüksəkdir.

Təbii ki, qayda-qanunu sevməyən, həyat və fəaliyyətləri keçmişdə hökm sürən müstəmləkə-metropoliya münasibət və prinsipləri üzərində qurulmuş, ölkəmizin maraqlarından kənar şəxslərə bu sərf etmir. Aydındır ki, bütün hay-küyün səbəbi ölkə qanunlarına və ictimai qaydalara açıq-aşkar hörmətsizlik ruhunda fəaliyyətini qurmuş şəxslərin hazırki qaydalar və tənzimetmə ilə barışmamasından irəli gəlir. Ona görə ki, prosedurlara və qaydalara sığışmaq istəməyən bəzi dırnaqarası təbiətsevərlər qayda pozuntularına, prosedurlara əməl etmədiklərinə görə haqlı olaraq cərimələnmələrini, sosial şəbəkələrdə və mətbuatda ictimai qınağa tuş gəlmələrini həzm edə bilmir, adi normalardan qıcıqlanaraq dövlət qurumunun qanunlardan və dövlət maraqlarından irəli gələn tələblərini öz aləmində “bürokratik əngəl” kimi qiymətləndirirlər.

Məhz belələri müsahibələr verərək bu işə cavabdeh olan qurumları haqsız olaraq günahkar çıxarmağa cəhd edir. Təəssüf doğuran məqam odur ki, bəziləri vaxtilə ADEİNFA-ya daxil olan FAİREX tərəfindən yetişdirilən, orada hazırlıq keçən, elə Ekologiya Nazirliyinin rəhbərliyinin dağlarımızı öz gənclərimizin üzünə açmaq, ekstremal idmanı azərbaycanlılar üçün kütləvi etmək səylərindən bəhrələnib ilk dəfə dağ üzü görən şəxslərdir. Məsələn, öyrəndiyimə görə dağçılıq barədə müsahibə verənlərdən biri, indi “ekspert” olmuş Elman Əsgərovdur. Bu şəxsin dağlar barədə ilk təsəvvürləri elə FAİREX-də formalaşıb, dağlara getməyə başlayıb, elə Ekologiya Nazirliyinin rəhbərliyinin dəstəyi ilə fəaliyyət göstərən dağçılıq məktəbində dərs alıb, dağ idman hakimi kimi hazırlıq keçib, sonradan isə onu öz imkanları hesabına oxudanlara bir “sağ ol” demək əvəzinə, nankorluq edib və nəhayət öyrəndiklərinin hesabına öz biznesini qurub. Əmbil gölünə adamları aparıb, təbiət obyektini pis vəziyyətə salıb (Əmbil gölünün ətrafının zibilxanaya çevrilməsi ilə bağlı biabırçı faktlar haqlı olaraq sosial şəbəkədə və mətbuatda əks-səda doğurmuşdu)...

Digəri bələdçilik fəaliyyəti ilə məşğul olub, ona hər cür şərait yaradılıb. İndi bu şəxslər vaxtilə alpinizmi ələ keçirib, öz məqsədləri üçün istifadə edənlərin, qos-qoca Alpinizm federasiyasını hərfi mənada harın biznesmenə satmağa cəhd edən, lakin cəhdinin qarşısı vaxtında alınan birilərinin “çaldığına” oynayır. Aldığım məlumata görə, 2013-cü il 12-16 iyul tarixlərində vətəndaş Şəfəq Əmrahovaya 12 nəfər şəxsdən ibarət qrupun tərkibində, yaxın keçmişə qədər manqurtların əlində olan Alpinizm federasiyasının üzvü Rüfət Qocayevin müşayiəti ilə Şahdağ Milli Parkının “Bazardüzü” zirvəsinə səfər etməyə icazə verilsə də, yüksəklikdə onlar bir-birləri ilə dalaşıb və bu səbəbdən yürüş yarıda dayandırılıb. Əfsuslar olsun ki, dağ etikasından dəm vuran belə adamların kiməsə nə isə sübut etmək naminə dağlara təsadüfi, heç bir hazırlığı olmayan adamları başına toplayaraq aparması, elə belə də nəticələnməli idi. Çox acınacaqlı haldır ki, bu münaqişənin nəticəsində yürüş iştirakçılarının həyatı böyük riskə məruz qalıb və xoşbəxtlikdən insanların sağlamlığı ilə bağlı heç bir hadisə baş verməyib...
Alpinizm federasiyasının dağları “özəlləşdirdiyi” zamanlarda Şahdağda Atatürkün büstünün qeyri-milli ünsürlər tərəfindən güllə-boran olunması faktı və səbəbləri məlumdur. Bu şərbaz və ölkə qanunlarına hörmət etməyən insanların təbiətə, ətraf mühitə digər zərər yetirmə faktını da ictimaiyyət, əsl təbiətsevər insanlar bir müddət əvvəl müzakirə edib, onları qınamışdı. Çünki Avropanın bir sıra ölkələrində draytulinq yarışlarının təbii qayalarda keçirilməsindən imtina olunsa da (bu yarış zamanı qaya və daşlıqlar ciddi zədələrə məruz qalır, yəni əvvəlcədən qayalar xüsusi avadanlıqla oyulur və həmin oyuqlara bərkidici alətlər vurulur, bu tipli fəaliyyət qayalara dağıdıcı təsir göstərir, qayalarda açılan deşiklər qış aylarında yağış və qar suyu ilə dolur və donma zamanı parçalanmaya səbəb olur), üzdəniraq alpinistlər qaydalara məhəl qoymadan Qusar dağlarında yarış keçirəndə və onlara yerli bələdiyyə nümayəndələri tərəfindən irad tutulanda, bunu fəaliyyətlərinə törədilən əngəl və ya təqib kimi qiymətləndirərək, həyasızcasına haray salmışdılar, hələ yalan, böhtan dolu bir rolik də düzəldərək şər böhtanlarından da geri qalmamışdılar.
Yaxud “xaos tərəfdarı olan alpinistlər” tərəfindən uyğunsuz və məntiqsiz fəaliyyət göstərilirdi. Onlar əvvəlki illərdə öz qapalı qrupları ilə bir neçə marşrutla dağları gəzib gənclərimizi bu fəaliyyətdən kənar qoyaraq öz əylənməklərində idilər.

Lakin, həyat özü hər şeyi saf-çürük edir. Bunların da çürük olduğunu sübut etdi, Alpinizm Federasiyasını demək olar ki tamam dağıtdılar, hətta bir iş adamına satmaq istədilər. Və nəticədə bildiyimə görə elə Ekologiya Nazirliyi bunların köməyinə gəldi, Alpinizm Federasiyasını bunlar üçün xilas etdi və özlərinə qaytardı.

Məlum “tədqiqatda” müsahibə verən şəxslərin əksəri, o cümlədən guya Alpinizm federasiyasını təmsil edən kəslər də müxtəlif vaxtlarda FAİREX-in dəvəti ilə məvacib alaraq bu Federasiya ilə əməkdaşlıq ediblər, yəni heç də müxtəlif təşkilatların, baxışların prinsipial nümayəndələri deyillər, əksinə normal məntiqlə təşkilatın dəvətini qəbul edib məvacib alıb, əvəzində intriqa, altdan iş görmə, manqurtçuluğun təbliği ilə məşğul olaraq əhdlərini, öhdəliklərini pozanlardır. Bunlar necə obyektiv rəy bildirə bilər axı? Obyektiv rəyləri özlərinə qalsın, heç faktları təhrif etmədən, yalan danışmadan keçinə bilmirlər. Deyirlər Milli Parklara daxil olmaq üçün icazə bir ay vaxt aparır. Yalandır. Öyrəndiyimə görə bütün parkların girişində bilet alıb daxil olmaq mümkündür. Yüksək dağ ərazilərinə isə bir gün əvvəldən müraciət etmək yetər. Bir şərtlə ki, təşkilatçının xilasetmə qrupu mövcud olsun və yürüş barədə xəbərdar olsun; dağ ərazilərində qayalara dəmir konstruksiyalar, mıxlar vurulmasın, zibil atılmasın. Bunu təhrif etmək öz fikrini bildirmək deyil, yalan danışmaqdır.

Artıq bütün bu xoşagəlməz halların qarşısı alınıb. Özbaşınalıq hallarına nəzarət etmək üçün turlarda vahid marşrut, vahid düşərgə yeri prinsipləri tətbiq olunub. Bir sözlə, yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin davamlı səyləri nəticəsində son 5 ildə dağçılıq sahəsindəki vəziyyət və yüksək dağlıq ərazilərə giriş-çıxış qaydaları tənzimlənib. Artıq ölkənin yüksək dağlıq ərazilərində nəzarət-buraxılış sistemi tətbiq olunub, tənzimləyici qaydalar qəbul edilib, uzun illərdən bəri, əvvəlki xaos dövründən yığılıb qalan tullantılar xüsusi mühafizə olunan təbiət ərazilərindən çıxarılıb. Mübaliğəsiz demək olar ki, hazırki tənzimetmə qaydaları qüvvəyə mindikdən sonra tonlarla məişət tullantısı (konserv qabları, plastik tullantılar və s.) Milli Parkın əməkdaşları tərəfindən çətin şəraitdə - at belində, maşınlarla ərazidən təmizlənib. Bir neçə ildir ki, Milli Parka daxil olan turistlərə öz məişət tullantılarını yığmaları üçün pulsuz məişət tullantısı paketləri verilir. Eyni zamanda, məhz ETSN-nin və FAİREX-in fəaliyyəti nəticəsində dağçılıq, dağ turizmi əsl kütləvi və milli fəaliyyət növünə çevrilib.

Qeyd edək ki, müvafiq giriş qaydalarının təsdiq edilərək qüvvəyə minməsi ondan irəli gəlir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə olunması sahəsində səlahiyyətli icra hakimiyyəti orqanıdır. Bu baxımdan yüksək estetik və ekoloji əhəmiyyətə malik olan Azərbaycanın ən hündür zirvələrini əhatə edən dağlıq ərazilərinin qorunması onun birbaşa hüquqları olması etibarilə, həm də dövlət tərəfindən müəyyən olunmuş vəzifələrinə aid edilir. Bundan əlavə bu hüquqlar yüksək dağlıq ərazilərdə turistlərin hərəkəti, həmçinin onların sağlamlığına qarşı yönələ biləcək müəyyən həyati riski də özündə ehtiva edir və bu amil də narahatedici məqam sayılır.Nəhayət yüksək dağlıq ərazilərin əksəriyyəti Azərbaycanın dövlət sərhəddində yerləşir.
Aldığım məlumata görə, ETSN tərəfindən 06 iyul 2011-ci il tarixində təsdiq olunmuş “Milli Parkların yüksək dağlıq ərazilərinə turistlərin giriş-çıxışının tənzimlənməsi və onlara bələdçi xidmətinin göstərilməsi Qaydaları”na əsasən, Milli Parkların yüksək dağlıq ərazilərinə səfər edən turistlər Nazirliyin aidiyyəti Departamentinə lazımi məlumatları təqdim edərək müvafiq (Dövlət Sərhəd Xidmətindən müvafiq icazə sənədinin alınması da daxil) razılıq almalıdır.
Yəni ölkənin Milli Parklardakı yüksək dağlıq əraziləri qanunlara hörmət göstərən və prosedur qaydalara əməl edən hər kəsə açıqdır. Hətta şəraitə uyğun olaraq yüksək dağlıq ərazilərə giriş qaydalarına və prosedurlara çevik dəyişikliklər edilib, qanun və qaydalara, təlimatlara riayət edən təşkilatlarla yeni qaydalarla işləmək təklif olunub.
Bir il əvvələdək müvafiq prosedura görə tələb olunan sənədlər təqdim olunandan sonra “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa əsasən 15 iş günü ərzində sənədlərə baxılaraq icazə verilməsi nəzərdə tutulduğu halda, Nazirliyin aidiyyəti qurumu tərəfindən 4-5 gün ərzində baxılma müddəti müəyyən edilmişdi.
Lakin 8 sentyabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində sahəvi qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və ölkədə fəaliyyət göstərən 40-dək turizm şirkətinin rəhbər nümayəndəsinin iştirakı ilə bu məsələ müzakirə edilib, əvvəldə qeyd etdiyim kimi, milli parkların yüksək dağlıq ərazilərinə daxil olan turistlərin səfərini təşkil edən ixtisaslı şirkətlərin, idman təşkilatlarının və ayrı-ayrı vətəndaşların müraciətlərinə, turistlərin təhlükəsizliyinin təminatına zəmanət iltizamı verdiyi, təbiətə zərər yetirilməyəcəyi təqdirdə 1 iş günü ərzində baxılaraq icazə verilməsi prosedurunun tətbiqi qaydası müəyyən edilib. Milli parkların yüksək dağlıq ərazilərinə turist səfərlərinin təşkili məqsədilə bütün aidiyyəti sahəvi təşkilatlara tərəflərin hüquq və vəzifələrini müəyyən edən Əməkdaşlıq Sazişi bağlanılması ilə bağlı müraciət edilib.
Təəssüf ki, bütün bu məlumatlar və aydınlıq gətiriləsi məsələlər müəllifin araşdırma adlandırdığı reportajda hansısa səbəbdən yer almayıb. Halbuki ETSN-nin mövqeyinin öyrənilməsi vacib idi. Bu mövqeyi onu bəzən tənqid edən müstəqil ekoloqlar və QHT-lər də dəstəkləyir, nazirliyin xüsusi mühafizə olunan təbiət əraziləri ilə bağlı siyasətini müdafiə edir, “alpinist fədai”lərin söylədikləri şikayətləri və ya əsassız yayılan bu tipli yalanları absurd adlandırırlar.

Azər Hüseynbala

AzNews.az