Tbilisi-Bakı-Tbilisi reysi ilə uçuşlar həyata keçirəcək Gürcüstanın "Aviator" şirkətinin aviataksi xidmətlərinin qiyməti sərnişin sayından asılı olmayaraq 6930 dollar təşkil edəcək. Tbilisi-Bakı-Tbilisi reysi ilə uçuşlar həyata keçirəcək Gürcüstanın "Aviator" şirkətinin aviataksi xidmətlərinin qiyməti sərnişin sayından asılı olmayaraq 6930 dollar təşkil edəcək.

Tbilisidən Bakıya aviataksi xidmətinin qiyməti açıqlandı

Tbilisi-Bakı-Tbilisi reysi ilə uçuşlar həyata keçirəcək Gürcüstanın "Aviator" şirkətinin aviataksi xidmətlərinin qiyməti sərnişin sayından asılı olmayaraq 6930 dollar təşkil edəcək.

Bunu Trend-ə Gürcüstanın "Adjara Group Hospitality" şirkətindəki mənbə məlumat verib.

Uçuşlar "Beechcraft KingAir C90GTX" təyyarəsi ilə həyata keçiriləcək. Bu təyyarə beş sərnişin tutumuna malikdir.

"Aviator" şirkəti Tbilisi beynəlxalq hava limanından Gürcüstanın və Cənubi Qafqazın bütün hava limanlarına, eləcə də Bakı, İstanbul, Trabzon və digər şəhərlərə uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, "Adjara Group Hospitality" şirkəti Gürcüstanın hotel sektorunda ən iri holdinqdir.

"Aviator" 2016-cı ilin sonunda "Adjara Group Hospitality" tərəfindən yaradılıb və daxili beynəlxalq sərnişin daşımaları üçün aviataksi xidmətləri göstərən ilk Gürcüstan şirkətidir.

AzNews.az