- Köhnə - Cəmiyyət
- 7 Aprel 2017 11:01
- 4 223
Azərbaycan Cibutiyə humanitar yardım göndərəcək

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərəcək.
AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvana çatdırılacaq humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.