"Samur" gömrük postunda əl yükünün içərisindən gömrük nəzarətinə bəyan edilməyən tapança aşkarlanıb. "Samur" gömrük postunda əl yükünün içərisindən gömrük nəzarətinə bəyan edilməyən tapança aşkarlanıb.

Gömrükdə əl yükündən tapança cıxdı - Foto

"Samur" gömrük postunda əl yükünün içərisindən gömrük nəzarətinə bəyan edilməyən tapança aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə "Heimann X-Ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib. Yoxlama zamanı əl yükünün içərisindən gömrük nəzarətinə bəyan edilməyən, üzərində "MP 654K Cal. 4.5 mm" yazıları əks olunan 1 ədəd T0192493 pnevmatik tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.