ARB TV-nin “Günə doğru” verilişində təhlükəli oyuncaqlar haqqında maraqlı sujet yayımlanıb. ARB TV-nin “Günə doğru” verilişində təhlükəli oyuncaqlar haqqında maraqlı sujet yayımlanıb.

Uşaqlarınız təhlükədə - Bu oyuncaqları almayın

ARB TV-nin “Günə doğru” verilişində təhlükəli oyuncaqlar haqqında maraqlı sujet yayımlanıb.

Əli Qurbanovlar ailəsinin ilk övladıdır. O artıq bir neçə aydır ki, sərbəst şəkildə oyuncaqlarla oynaya bilir. 9 aylıq bu balaca diş çıxarma mərhələsində olduğundan oyuncaqları tez -tez dişləməyə cəhd edir. Azyaşlının valideyni Vüsal Qurbanov bildirir ki, keyfiyyətsiz oyuncaqların övladına zərər verə biləcəyindən narahatdır. Elə bu məqsədlə mağazalarda seçim edərkən diqqətli olmağa çalışır.

Mütəxəssilər bildirir ki, hazırda satışda olan oyuncaqların arasında keyfiyyətsizləri kifayət qədərdir. Bununla yanaşı əksər dükanlar satış həyata keçirərkən istehlakçıya sertifikat təqdim etmir. Belə olduqda isə məhsulun keyfiyyəti sübhə doğurur. Keyfiyyətli oyuncaqları müəyyən etmək üçün iilk növədə sertifikat tələb olunmalıdır. Bu olmadıqda isə oyuncağın qoxusuna və rənginin keyfiyyətinə diqqət etmək vacibdir. Çünki zəhərlənmələr və infeksiyalar ilk növbədə kəskin qoxu və keyfiyyətsiz rəng vasitəsi ilə reallaşa bilir. Bəzi valideynlər oyuncağı aldıqdan sonra müəyyən üsullarla təmizləməyə çalışsa da bu çıxış yolu hesab olunmur.

Azər Seyidəliyev (pediatr) : "Material əgər keyfiyyətsizdirsə, tərkibində kimyəvi maddələr varsa, sən onu qaynanmış suyla yusan da o təsirini göstərəcək. Süd dişi çıxma ərəfəsində əllərinin altında olan oyuncaqları ağızlarına aparırlar. Bu da müxtəlif xəstəliklərə səbəb ola bilər".

Keyfiyyətsiz məhsullardan zəhərlənmələr ən çox azyaşlı uşaqlarda baş verir. Belə yaş dövrlərində valideynlər onlara qarşı daha həssas davranmalıdır.

Uşaq oyuncağı alan valideyn onun üzərində olan etiket kağızına diqqət yetirməlidir. Orda məhsulun adı, istehsalçısının ünvanı, milli standartı, təyinatı və ya onun tətbiq ediləcəyi sahə, istifadə qaydaları haqqında məlumat,həmçinin yaş uyğunluğu, oyuncaqdan istifadə və ya istismar haqda təlimat, ehtiyat tədbirləri haqda xəbərdarlıq öz əksini tapmalıdır: “İstehlakçı bilməlidir ki, bu məhsullar məcburi sertifikatlaşmalı mallar sırasına daxil olduğundan, oyuncaq alarkən ticarət obyektindən həmin sənədləri tələb etmək hüququna malikdir.

AzNews.az