Bakı-Quba yolunun 173-cü km-də Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb. Bakı-Quba yolunun 173-cü km-də Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb.

Bakı-Quba yolunda avtobus aşdı - 4 yaralı - Video

Bakı-Quba yolunun 173-cü km-də Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər üç yaralı - Quba rayon sakinləri, 27 yaşlı Ürfan Həmidov, 28 yaşlı Eldar Qədimov, 45 yaşlı Hürriyyət Teyyubovanın vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Fakt araşdırılır.