Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-fevral ayları ərzində ölkədə 24 648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-fevral ayları ərzində ölkədə 24 648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb.

Bu il doğulan körpələrdən 424-ü əkiz olub - Statistika

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-fevral ayları ərzində ölkədə 24 648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, körpələrdən 424-ü əkiz, 12-si üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür.

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.