Bu gün axşam saat 22:00-dan etibarən Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Quliyev küçəsi, "Ramstore" yol qovşağı və Heydər Əliyev Mərkəzinin yanında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu gün axşam saat 22:00-dan etibarən Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Quliyev küçəsi, "Ramstore" yol qovşağı və Heydər Əliyev Mərkəzinin yanında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərin diqqətinə - Bakıda bu küçələr bağlanacaq

Bu gün axşam saat 22:00-dan etibarən Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Quliyev küçəsi, "Ramstore" yol qovşağı və Heydər Əliyev Mərkəzinin yanında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC -dən AzNews.az-a daxil olan məlumata görə, qeyd edilən yollarda Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək.

"Aparılacaq işlər çərçivəsində sözügedən ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir",- deyə məlumatda qeyd edilib.