- Köhnə - Cəmiyyət
- 20 Aprel 2017 15:27
- 2 601
Hədələnəndi - 720 min dollarlıq borc sənədinə imza atdı

Bakı sakini hədə-qorxu ilə borc sənədinə imza atdığını idda edir.
“Report”un xəbərinə görə, 1989-cu il təvəllüdlü Abbas Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Nərimanov rayonunda Arif adlı şəxs ona hədə-qorxu gələrək notariat kontorunda 720 000 ABŞ dolları borcu olması barədə sənəd imzalamağı tələb edib. Nəticədə A.Məmmədəliyev sənədi imzalayıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
AzNews.az