"Bəxtiyar Abbasov xəstəxanada əməliyyatdan sonra komaya düşüb. Bunun üç səbəbi ola bilər. Birinci, əməliyyat edən həkimin səhlənkarlığı, ikinci, narkoz həkiminin səhvi, üçüncü isə xəstədə gizli gedən hər hansı xəstəliyin olmasıdır. Hər bir halda prokurorluq tərəfindən araşdırmalara başlanıb". "Bəxtiyar Abbasov xəstəxanada əməliyyatdan sonra komaya düşüb. Bunun üç səbəbi ola bilər. Birinci, əməliyyat edən həkimin səhlənkarlığı, ikinci, narkoz həkiminin səhvi, üçüncü isə xəstədə gizli gedən hər hansı xəstəliyin olmasıdır. Hər bir halda prokurorluq tərəfindən araşdırmalara başlanıb".

Ucar sakininin əməliyyatdan sonra ölməsinin səbəbləri bilindi

"Bəxtiyar Abbasov xəstəxanada əməliyyatdan sonra komaya düşüb. Bunun üç səbəbi ola bilər. Birinci, əməliyyat edən həkimin səhlənkarlığı, ikinci, narkoz həkiminin səhvi, üçüncü isə xəstədə gizli gedən hər hansı xəstəliyin olmasıdır. Hər bir halda prokurorluq tərəfindən araşdırmalara başlanıb".

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Ucar Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Zeynal Bayramlı rayonun Alpout kənd sakini, 35 yaşlı Bəxtiyar Mahir oğlu Abbasovun əməliyyatdan sonra ölməsi ilə ilə bağlı belə bildirib.

Baş həkim ölümün dəqiq səbəbinin analizlərin cavabından sonra məlum olacağını qeyd edib.

Ucarda üzərində cərrahiyyə əməliyyatı olan şəxs Bakıda ölüb.

Alpout kənd sakini, 35 yaşlı Bəxtiyar Mahir oğlu Abbasov boğaz nahiyəsində yaranmış problemlə bağlı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Müayinədən sonra həkimlər xəstəyə əməliyyat olunmasının vacib olduğunu bildiriblər.Yaxınlarının sözlərinə görə, B. Abbasov isə qorxduğunu əsas gətirərək evə qayıdıb. Ertəsi gün həkim ona zəng edərək, əməliyyat üçün xəstəxanaya getməsini istəyib.

Orada boğazından əməliyyat olunan B. Abbasov əməliyyatdan sonra komaya düşüb.