- Köhnə - Cəmiyyət
- 2 May 2017 21:12
- 6 960
Azərbaycanlı gənc hazırladığı maşınları satışa çıxardı - Video
Azərbaycanlı gənc özü dizayn etdiyi yarış avtomobillərini satır.
AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, onun hazırladığı maşınlar milyonlarla qiyməti olan "Ferrari”ni və "Lotus”un bənzərləridir.
Sübhan Sadıqov avtomobilləri hazırlamağa uzun müddət vaxtının getdiyini, hazırda isə başqa bir model üzərində çalışdığı üçün maddi problemlər yaşadığını deyir. Elə avtomobilləri də yeni maşınlar düzəltmək üçün satır.
Birini "BMV” mühərriki, digərində isə "VAZ 2107” mühərriki ilə yığan Sübhan avtomobillərin zavod istehsalı olan maşınlardan heç də geri qalmadığını deyir. Lakin o, maşınları sənədləşdirməkdə çətinlik çəkir . Elə buna görə də heç yerdə sürə bilmədiyindən maşınları ancaq süvenir kimi reklam və çəkilişlərə icarəyə verməklə çəkdiyi xərci çıxarır.
Maşınlar sürmək üçün bütün texniki təchizatla təmin olsa da, sahibi sənədləşdirməkdə çətinlik çəkir.
Maşınları şəhər yollarında sürməyə icazə olmadığından avtomobillər süvenir kimi satılır. Qiymətləri isə 6 milyonluq real "Formula -1” avtomobilindən 200 dəfə ucuz -35 min manatadır.
Sübhan maddi çətinliklərə baxmayaraq, yeni modeli ərsəyə gətirməkdə israrlıdır. Onun sözlərinə görə, hazırladığı yeni model avtomobil bu iki avtomobildən də daha fərqli və yaxşı olacaq.