- Köhnə - Cəmiyyət
- 9 May 2017 18:51
- 4 671
Xaçmazda meşə yanğını söndürüldü
Xaçmaz rayonunda meşə massivində başlayan yanğın söndürülüb.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi alovu söndürüb, daha geniş əraziyə yayılmasının qarşısını alıb.
Qeyd edək ki, rayonun Nərəcan kəndi ərazisində təxminən 500 kvadratlıq meşə massivində yanğın qeydə alınıb.