- Köhnə - Cəmiyyət
- 12 May 2017 09:07
- 8 907
Müəllimə dərs vaxtı ölməyib - Təfərrüat (Yenilənib + Video)
Sputnik Azərbaycan saytı hadisənin təfərrüatı ilə bağlı məlumat yayıb.
Məlumata görə, müəllimə dərsdə deyil, müəllimlərin diaqnostik qiymətləndirməsi məqsədilə keçirilən imtahanda dünyasını dəyişib.
Hadisə Qax rayonunda keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı baş verib. Belə ki, Təhsil Nazirliyi tərəfindən Qax Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Qiymətləndirmədə 12 mindən artıq müəllim iştirak edib. Qiymətləndirmənin gedişi zamanı Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın halı qəflətən pisləşib. Onu dərhal Təcili Tibbi Yardım maşını ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı Gülxar Babayeva təqribən bir saatdan sonra dünyasını dəyişib. Xəstəxanadan müəllimənin bərk həyəcan keçirməsi səbəbindən öldüyü bildirilib. Faktla bağlı araşdırma aparılır.
***
2017.05.11
18:55
Qaxda müəllim dərs vaxtı dünyasını dəyişib.
AzNews.az ARB-yə istinadən xəbər verir ki, Qax rayonu Turaclı kənd sakini 51 yaşlı Babayeva Gülxar Nadir qızı Turaclı kənd məktəbində dərs keçdiyi vaxt halı pisləşib.
Onu dərhal təcili tibbi yardım maşını ilə Qax rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Babayeva Gülxar təqribən bir saatdan sonra vəfat edib.
Xəstəxanadan verilən məlumata görə, ilkin ehtimala əsasən xəstə insultdan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.