Füzulidə maşın beton sədlərə çırpılıb yandı

Füzuli rayonu, Əmirzeydli kəndində vətəndaşa məxsus “MERCEDES” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı beton sədlərə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, nəticədə, avtomobilin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.