IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirildi. Mərasim möhtəşəm görüntülərlə yadda qaldı. IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirildi. Mərasim möhtəşəm görüntülərlə yadda qaldı.

IV İslam Həmrəyliyi Oyunları bağlı elan edildi - Fotolar + Video

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirildi. Mərasim möhtəşəm görüntülərlə yadda qaldı.

AzNews.az xəbər verir ki, mərasimin rəsmi hissəsi artıq başa çatdı.

Azərbaycanın məşhur ifaçılarının çıxışlarından ibarət konsert programı təqdim edildi.

***

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olundu.

Oyunlara ev sahibliyi etməyin Azərbaycan üçün böyük şərəf olduğunu deyən Mehriban Əliyeva bunun İslam həmrəyliyinin birliyinin təntənəsi olduğunu bildirdi.

Mehriban Əliyeva çıxışını bu sözlərlə tamamlayır: Gücümüz həmrəylikdədir!

Faisal Abdüləziz Al Nasser İslam Həmrəyliyi İdman Federasiyası adından idmançılara Oyunlarda iştirak etdiklərinə, könüllülərə “Bakı-2017”yə verdikləri töhfəyə və Azərbaycan xalqına göstərdiyi fədakarlığa, çox böyük qonaqpərvərliyə görə təşəkkürünü bildirir.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi çıxışını bu sözlərlə tamamlayır: “Dörd ildən sonra “İstanbul 2021” Oyunlarını qeyd etmək üçün bir daha bizə qoşulmağınızı səmimiyyətlə arzulayıram. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”

Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını endirirlər.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul-2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edir.

Daha sonra növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək dövlət - Türkiyəyə aid video-çarx təqdim edildi. Türkiyə dövlətinin bayrağı qaldırıldı və himni səsləndirildi.

***

AzNews.az xəbər verir ki, İslamiadada çıxış edən idmançılar öz yerlərini tutduqdan sonra bağlanış mərasiminin bədii hissəsinə start verildi.

Tamaşaçılara yarışlar vaxtı baş verən ən unudulmaz anlardan ibarət video-rolik nümayiş etdirildi.

Daha sonra “Xəzər ətrafında işıq” adlı səhnəcikdə Qarabağ şikəstəsinin sədaları latında fərqli formada şəbəkə naxışları qeyri-adi şəkildə göstərildi.

***

AzNews.az xəbər verir ki, bayrağımız tribunaya Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri tərəfindən gətirildi. Ardıyca Kral Filarmonik Orkestrinin ifasında isə dövlət himni səsləndirildi.

İslamiadada iştirak edən ölkələrin bayraqları Naxçıvan halayının sədaları altında bayraqdarlar tərəfindən gətirildi. Bayraqdarımız Dünya və Avropa çempionu, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında ölkəmizin aktivinə 20-ci qızıl medalı yazıran Elxan Məmmədovdur.

İslamiadada çıxış edən idmançılar stadiona təşrif buyurub.

***

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, oyunların bağlanış şousunda istifadə olunmuş 270 dönmə dərəcəli işıq dirəyini 360 dönmə dərəcəsinə çevirmək üçün 12 nəfər 36 saat çalışıb. Mərasim üçün 75 kilometr elektrik kabelləri və 7 meqavatlıq generator gətirilib. Stadionda 300-dən çox səsgücləndirici qoyulub və 12 kilometr uzunluğunda kabel çəkilib. Mindən çox işıq avadanlığı 60 kilometrlik kabellərlə birləşdirilib. “Bakı-2017”nin açılış və bağlanış mərasimlərinin kostyumlarının tikilməsi üçün 15 min metr parçadan istifadə olunub.

image description image description image description image description image description image description image description image description image description image description image description image description