Yazıçı Kamal Abdullanın postmodern estetikayla qələmə alınmış “Yarımçıq əlyazma” romanı nəşr olunduğu vaxtdan bu yana istər Azərbaycanda, istərsə də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və polemikalara yol açan ədəbi hadisə kimi yadda qaldı. Yazıçı Kamal Abdullanın postmodern estetikayla qələmə alınmış “Yarımçıq əlyazma” romanı nəşr olunduğu vaxtdan bu yana istər Azərbaycanda, istərsə də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və polemikalara yol açan ədəbi hadisə kimi yadda qaldı.

Kamal Abdullanın “Yarımçıq əlyazma”sı ABŞ-da çap olunub

Yazıçı Kamal Abdullanın postmodern estetikayla qələmə alınmış “Yarımçıq əlyazma” romanı nəşr olunduğu vaxtdan bu yana istər Azərbaycanda, istərsə də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və polemikalara yol açan ədəbi hadisə kimi yadda qaldı.



Azərbaycan tarixinin empirik sayıla biləcək faktlarının bədii işlənməsi, klassik ənənələrin yeni paradiqmalar üzrə şərhi həm filoloji, həm də sosiomədəni səciyyə daşıyan diskussiyaların meydana çıxmasını şərtləndirdi.

Bədii, tarixi, mədəni, elmi kontekstin simulyakrı məsələlərini ön plana çıxararaq, bənzərsiz üslubu və yazı manerası ilə oxucuların könlünə yol tapan "Yarımçıq əlyazma"nın odisseyası davam edir. "Yarımçıq əlyazma" – "The İncomplete Manuscript" bu günlərdə ABŞ-ın nüfuzlu "Strategic Book Publishing and Riphts Agensy (SBPR)" nəşriyyatında nəfis tərtibatla çap edilib, oxucuların ixtiyarına verilib.

Kitabın üz qabığında, əsərdə cərəyan edən hadisələrin ruhuna uyğun olaraq, Ortaçağ və Dədə Qorqud dövrlərinin stilini və həyat qavramını əks etdirən zövqlü illüstrasiya verilib. Əsərin Amerika nəşrinin ilk vərəqində müəllif tərəfindən "Bütün müəllimlərimə və tələbələrimə" ithaf sözləri yer alır.

"Yarımçıq əlyazmanın" ABŞ nəşrinin önsözünü Viskonsin-Medison universitetinin professoru, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, müqayisəli mifologiya və ritorika üzrə dünyada tanınmış mütəxəssis Maks Statkiyeviç yazıb. Xatırladaq ki, M.Statkeviçin "Yarımçıq əlyazmadan Kamal Abdullanın "Yarımçıq əlyazma"sına" (yaxud "Yazı eposa qarşı") başlıqlı məqaləsinin qəzet üçün sadələşdirilmiş variantı "525-ci qəzet"də çap olunmuşdu.

Kitab ingiliscəyə rus və Azərbaycan nəşrləri əsasında tərcümə edilib. Nəşrin üz qabığına yerləşdirilmiş annotasiyada deyilir: "Anna Tomsonun ingilis dilinə tərcümə etdiyi "Yarımçıq əlyazma" romanı əfsanəvi Ortaçağ qəhrəmanlarının xəyali həyatından bəhs edir. Gənc tədqiqatçı Əlyazmalar institutunda elmə məlum olmayan bir salnamə aşkarlayır və bunun "Kitabi Dədə Qorqud" eposu olduğunun fərqinə varır. Eposda Dədə Qorqudun və Ortaçağ Azərbaycan hökmdarı, şairi Şah İsmayıl Xətainin bir-biri ilə çulğaşan həyat hekayətləri tamamilə yeni interpretasiyada təqdim olunur. Heyranlıqla oxunan bu roman artıq bütün dünyada oxucuların ciddi marağına səbəb olub".

Elə burada ədəbiyyatşünas-alimlər Maks Statkiyeviçin (ABŞ), Andrea Brinyonun (Fransa) və Niyazi Mehdinin (Azərbaycan) "Yarımçıq əlyazma" haqqında yazdıqları məqalələrdən kiçik çıxarışlar verilib.

"Bu kitabı detektiv roman, mifologiyaya giriş, ən vacibi isə, öz daxili aləminizə səyahətnamə kimi oxuya bilərsiniz". A. Brinyonun bu sözləri ədəbiyyatımızı xarici ölkələrdə uğurla təmsil edən "Yarımçıq əlyazma"nın doğurduğu təəssüratlardan biridir.

Romanın Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa və s. kimi zəngin ədəbi ənənələri olan ölkələrdən sonra ABŞ-da da işıq üzü görməsi bütövlükdə Azərbaycan ədəbiyyatının uğurudur.

P.S

Kitabda Nəşriyyat (SBPR) tərəfindən müəyyən edilmiş daxili rəy müəllifinin son cümləsi belədir: "Əminəm ki, oxucu kitabı əlindən qoymaq istəməyəcək".

AzNews.az