Viləşçayda 2 nəfər batdı

Masallı rayonu, Viləşçay çayında çimərkən batmış 2002-ci il təvəllüdlü Abbasov Şəmsəddin Qəhrəman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri, digər vətəndaşın cəsədi sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, meyitlər aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:52-də başa çatıb.