“Təhsil prosesini internetə çıxış olmadan təsəvvür edə bilmirik”. “Təhsil prosesini internetə çıxış olmadan təsəvvür edə bilmirik”.

“Təhsil müəssisələrinə verilən internetdə filtr tətbiq olunur” - Nazir

“Təhsil prosesini internetə çıxış olmadan təsəvvür edə bilmirik”.

APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib. O bildirib ki, hər kəs bu sahədə olan təhlükələr barədə məlumatlıdır: “Azərbaycan təhsil müəssisələrinə verilən internetdə filtr tətbiq olunur. Onların hansısa radikallığı təbliğ edən və qanunvericilikdən kənara çıxan saytlara çıxışı qeyri-mümkündür. Lakin uşaqların internetə çıxış imkanları yalnız məktəblərdə deyil. Bu baxımdan cəmiyyətlə birlikdə çalışmaq və uşaqların qəyyumluğunu həyata keçirən insanlarla işləmək vacibdir. Bəzi sosial şəbəkələrdə müəyyən yaşdan aşağı uşaqların qeydiyyatı mümkündür. Burada biz izahat işini aparmaqla uşaq psixikasına və şəxsiyyətinə mənfi təsirlərin qarşısını almağa üstünlük veririk”.

AzNews.az