Sabah Bakının mərkəzi yollarından biri bağlanacaq. Sabah Bakının mərkəzi yollarından biri bağlanacaq.

Sürücülərin nəzərinə - Bu yol bağlanacaq

Sabah Bakının mərkəzi yollarından biri bağlanacaq.

Trend-in məlumatına görə, 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Formula 1 - Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı bu gün trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu trek - Xaqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzNews.az