İyunun 5-də Müdafiə Nazirliyinin mərkəzi aparatı ərazisində müasir standartlara cavab verən yeni inşa edilmiş yeməkxana istifadəyə verilib. İyunun 5-də Müdafiə Nazirliyinin mərkəzi aparatı ərazisində müasir standartlara cavab verən yeni inşa edilmiş yeməkxana istifadəyə verilib.

Müdafiə Nazirliyinin mərkəzi aparatının yeni yeməkxanası istifadəyə verildi - Foto

İyunun 5-də Müdafiə Nazirliyinin mərkəzi aparatı ərazisində müasir standartlara cavab verən yeni inşa edilmiş yeməkxana istifadəyə verilib.

AzNews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin rəhbərliyi hərbi qulluqçular və mülki işçilərin qidalanması üçün nəzərdə tutulan yeməkxanada şəraitlə tanış olub.

Məruzə edilib ki, iki zaldan ibarət yeməkxana və mətbəx yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün lazım olan bütün növ müasir tipli avadanlıqlarla təmin olunub. Xidməti və inzibati otaqlardan ibarət binaya kommunikasiya xətləri çəkilib, mərkəzləşdirilmiş istilik və kondisioner sistemi quraşdırılıb.

Qısa müddətdə inşa edilərək şəxsi heyətin istifadəsinə verilən yeməkxanadakı şəraitlə tanış olduqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyi burada çalışan mülki əməkdaşlarla görüşərək müvafiq tapşırıqlarını verib.

image description image description image description image description