Hostellərin fəaliyyət göstərməsi üçün yeni şərtlər qoyulacaq - Video

Azərbaycanda hostellər ilə bağlı qanunvericilik bazası hazırlanır.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə hostellərin fəaliyyəti ilə bağlı yeni şərtlərin hazırlandığını deyib.

Əbülfəs Qarayev bu il Azərbaycana əsasən ərəb, iranlı və rus turistlərin kütləvi gəlişinin gözlənildiyini açıqlayıb. O, turistlərin yerləşdirilməsini təmin etmək məqsədilə artıq çoxlu sayda 3-4 ulduzlu otellərin tikildiyini bildirib.

Bu gün həmçinin gəlmə turizm sahəsində ixtisaslaşmış turizm şirkətləri və tur operatorları ilə milli turizm təbliğat bürosunun görüşü də keçirilib.

Görüşdə nazir Əbülfəs Qarayev Azərbaycana gələn turistlərin sayının artdığını deyib. Onun sözlərinə görə, ötən ilin 5 ayı ərzində ölkəmizə 768 min turist gəlmişdisə, bu ilin 5 ayı ərzində bu rəqəm 956 min nəfər olub. Bu artımlar viza rejiminin sadələşdirilməsi ilə birbaşa bağlı olan haldır. Belə ki, Azərbaycan 90-a yaxın ölkəyə qapısını açıb.