Bakıda pulsuz "Wi-Fi" bu ərazilərdə olacaq

Yaxın vaxtlarda Qış parkı, Sabir və Xaqani bağlarında "Wi-Fi"-a pulsuz giriş təmin olunacaq.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İB-nin ictimaiyyətlə əlqalər üzrə mütəxəssisi Nuranə Əliyeva deyib ki, işlər "ictimai Wi-Fi" layihəsi çərçivəsində aparılır.

İndiyə qədər Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkında pulsuz "Wi-Fi" təmin olunub.