Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

İstirahət günü hava necə olacaq?

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 11-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 29-33° isti, Bakıda gecə 19-21° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 21-26° isti olacağı gözlənilir.