Xəstələrlə videomüşahidə ilə birbaşa əlaqə yaradılır və xəstəyə yardım məsafədən asılı olmayaraq onlayn rejimdə göstərilir. Yəni ucqar rayondakı xəstəxanada olan xəstəyə peşəkar mütəxəssislər tərəfindən tibbi yardım göstərilməsi üçün Bakıdan həkim briqadası göndərməyə ehtiyac qalmır. Xəstələrlə videomüşahidə ilə birbaşa əlaqə yaradılır və xəstəyə yardım məsafədən asılı olmayaraq onlayn rejimdə göstərilir. Yəni ucqar rayondakı xəstəxanada olan xəstəyə peşəkar mütəxəssislər tərəfindən tibbi yardım göstərilməsi üçün Bakıdan həkim briqadası göndərməyə ehtiyac qalmır.

Xəstələrin Bakıya köçür­ülməsinə ehtiyac qalmadı - Yeni xidmət (Video)

Xəstələrlə videomüşahidə ilə birbaşa əlaqə yaradılır və xəstəyə yardım məsafədən asılı olmayaraq onlayn rejimdə göstərilir. Yəni ucqar rayondakı xəstəxanada olan xəstəyə peşəkar mütəxəssislər tərəfindən tibbi yardım göstərilməsi üçün Bakıdan həkim briqadası göndərməyə ehtiyac qalmır.

AzNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bütün bunlar Səhiyyə Nazirliyinin istifadəyə verdiyi telesəhiyyə xidməti sayəsində mümkündür.

Hazırda telesəhiyyə xidməti bütün ölkəni əhatə edir. Xidmətin istifadəyə verilməsində əsas məqsəd ölkə üzrə təcili yardıma müraciət edən, lakin bölgələrdə peşəkar həkim yetərsizliyindən yüksək tibbi xidmət ala bilməyən xəstələrə real vaxt rejimində yardım etməkdir. Yeni texnoloji sistem paytaxtın ixtisaslaşmış tibbi mərkəzlərinin mütəxəssisləri ilə bölgələrdə xəstəxanalar birbaşa əlaqə imkanı yaradır.

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bu ilin fevral ayından fəaliyyət göstərən telesəhiyyə xidməti vasitəsilə 147 pasiyentə məsafədən məsləhətlər verildiyini bildirib. Bu isə konsultativ xidmət göstərilmiş 389 pasiyentin 37 faizini təşkil edir. Baş həkimin sözlərinə görə, yeni xidmətin tətbiqi Bakıya xəstə köçürmələrinin sayında da azalmaya səbəb olub.