Yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib. Yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib.

Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verildi - Foto

Yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib.

AzNews.az Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57.1 metrdir. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkan hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metrdir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunub.

Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

image description image description image description image description image description