Şəhid bulağına qoyulan sayğac götürüldü - VİDEO

Şəhid bulağına quraşdırılan sayğac, sakinlər tərəfindən narazılıqla qarşılanmışdı.

AzNews.az ARB TV-ə istinadən xəbər verir ki, Mingəçevir şəhərindəki 6 şəhidin adını daşıyan bulaqda smartkart tipli sayğaclar sökülüb.

Arzu Mustafayeva - Şəhidin həyat yoldaşı: "Kanal bizim bulağı gəlib çəkəndən sonra 24 saat ərzində gəlib sayğacı sökdülər. Təşəkkürümü bildirirəm".

Şamaxı Novruzova - Sakin: "Çox sağolun. Allah köməyinizdə dursun. Siz ki, şəhidlərin arxasında durmusuz Allahda sizin arxanızda dursun".

Mustafa Kərimov - Mingəçevir şəhər su kanal idarəsinin rəisi: "Ancaq suyun sotunun aparılması məqsədilə digər mexaniki sayğac quraşdırılıb və ödənişini "Azərsu" ASC öz üzərinə götürüb.

Sayğacların pulunu ödəməkdən azad olan sakinlər israfa yol verməmək üçün bulaqlara özlərinin nəzarət edəcəklərini deyirlər.