Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Allahqulu Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Allahqulu Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avtobus sürücüsünə hökm oxundu - 8 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Allahqulu Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Əsədov ötən il yanvarın 28-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq, "İkarus-256" markalı, 90-RS-434 dövlət qeydiyyat nişanlı avtobusla Badamdar şosesində hərəkətdə olarkən piyada İsrafil Xankişiyevi vurub və onun üstündən keçib. A. Əsədov xəsarət alana yardım göstərmədən piyadanı vurduqdan hadisə yerini tərk edib. İ. Xankişiyev hadisə yerində dünyasını dəyişib.

AzNews.az