Gəncənin icra başçısı Elmar Vəliyevin səhhəti qəfil pisləşib Gəncənin icra başçısı Elmar Vəliyevin səhhəti qəfil pisləşib

Prezidentin xəbərdarlığı onu xəstəxanalıq etdi

Gəncənin icra başçısı Elmar Vəliyevin səhhəti qəfil pisləşib



Gəncənin icra başçısı Elmar Vəliyev bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan dərhal sonra xəstəxanaya qaldırılıb.


Bu xəbəri mia.az yayıb. Sayta xəbər verən məlumatlı şəxsin iddiasına görə, müşavirədən sonra zalı tərk edən zaman Elmar Vəliyev qəfildən müvazinətini itirərək yıxılıb:

"Dərhal yaxınlıqdakı həmkarları onu qaldırmağa çalışıblar. Lakin vəziyyətin ciddiliyi nəzərə alınaraq. Təcili yardıma zəng vurulub. Həkimlərin yerində müdaxiləsi nəticə vermədiyindən Elmar Vəliyev təcili yardımla xəstəxanaya qaldırıldı".

Elmar Vəliyevin Prezident Administrasiyasının tabeliyində olan Mərkəzi Kliniki Xəstəxanaya aparıldığı bildirilir. Onun səhhətinin birdən-birə pisləşməsini prezidentin sərt xəbərdarlığından təsirlənməsi ilə əlaqələndirirlər.

AzNews.az