Fransanın Evyan şəhərində İsmayıllı parkının açılışı olub. Fransanın Evyan şəhərində İsmayıllı parkının açılışı olub.

Fransada İsmayıllı parkı açılıb

Fransanın Evyan şəhərində İsmayıllı parkının açılışı olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, Leman gölünün sahilində salınmış parkda Azərbaycan şairəsi Xurşudbanu Natavanın heykəli ucaldılıb.

Parkın açılışında Evyan şəhərinin meri, Azərbaycanın rəsmi nümayəndələri, Fransadakı səfirliyin əməkdaşları və digər şəxslər iştirak ediblər.

2015- ci ildə İsmayıllı və Evyan şəhərləri arasında dostluq və əməkdaşlıq Xartiyası imzalandıqdan sonra İsmayıllıda Eyvan şəhərinə həsr edilmiş park salınıb.

Parkın açılışı YUNESKO -nun qeyri-maddi mənəvi irsi olan, fransalıların hər zaman böyük maraqla dinlədikləri muğam konserti ilə müşayiət edilib.