Arbatdakı Mərkəzi kitab evində Nobel mükafatçısı Svetlana Alekseyeviçin bütün kitabları müsadirə olunub. Arbatdakı Mərkəzi kitab evində Nobel mükafatçısı Svetlana Alekseyeviçin bütün kitabları müsadirə olunub.

Nobel mükafatçısı Rusiyanın düşməni elan olundu

Arbatdakı Mərkəzi kitab evində Nobel mükafatçısı Svetlana Alekseyeviçin bütün kitabları müsadirə olunub.

AzNews.az Kulis.az-a istinadən xəbər verir ki, Belarus yazıçısının kitabları bütün regionlardan yığışdırılıb. Moskva kitabxanalarında yazıçının kitablarını almaq qadağan olunub.

İstintaq komitəsinin açıqlamasına görə buna səbəb Svetlana Alekseyeviçin "Rus dünyasının şərəf və ləyaqəti haqqında yalnış məlumatlar yayması"dır.

"Onun adı Rusiyanın rəsmi düşmənlərinin arasında olacaq" - bu sözləri Dövlət Dumasının vitse prezidenti Pyotr Tolstoy deyib. Onun sözlərinə görə, belarus yazıçısı Rusiyada persona non qrata elan olunub.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinskiy vətəndaşları yazıçının bütün kitablarının yandırılmasına çağırıb: "Gəlin, bunu ibrət üçün Puşkin meydanında eləyək. Bütün dünya görsün ki, əsl incəsənət nədir, saxta təbliğat nə" - bu sözləri deyən nazir canlı efirdə yazıçının kitabını kiçik hissələrə bölüb.

Xatırladaq ki, Svetlana Alekseyeviç bir müdət əvvəl müsahibəsində Rusiya əleyhinə təndqidi fikirlər səsələndirib. Rusiya rəsmilərinin bu addımına isə reaksiya verərək deyib: "Onlar mənə rus dilində işgəncə verirlər. Məni rusca danışmağa, rus kitablarını, Tolstoyu, Puşkini, Bunini ucadan oxumağa məcbur edirlər".