Cəlilabad rayonunda 4 nəfəri it dişləyib. Cəlilabad rayonunda 4 nəfəri it dişləyib.

Quduz it uşaqlara hücum etdi - Video

Cəlilabad rayonunda 4 nəfəri it dişləyib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə rayonun Pərdi kəndində baş verib.

16 yaşlı Mais Babayev mal-qaranı örüşdən evə gətirərkən it qəfildən ona hücum edərək sağ qolunu dişləyib. Daha sonra kəndə daxil olan it həyətlərdə olan digər şəxslərə də hücum edərək onlara xəsarət yetirib. İtin quduz olduğu bildirilir.

Mais Babayev (zərərçəkən) : "Qoyunları gətirirdim, birdən arxadan uşaq çağırıb dedi ki, it gəlir. Gördüm ki, it qolumdan yapışdı. Nə qədər vurdum çəkilmədi".

Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər. Onlara quduzluq əleyhinə vaksinlər vurulub. Hazırda xəstələrin müalicəsi ev şəraitində davam etdirilir. İt kənd sakinləri tərəfindən zərərsizləşdirilib.