Qərb Universitetində məzun günü keçirilib. Qərb Universitetində məzun günü keçirilib.

Qərb Universitetində məzun günü- FOTO

Qərb Universitetində məzun günü keçirilib.

AzNews.az xəbər verir ki, əvvəl universitetin rektoru, professor Andris Leitas məzunları təbrik edib, onlara şəxsi həyatlarında və karyeralarında uğurlar arzulayıb. Rektor əmin olduğunu bidirib ki, həmişə olduğu kimi Qərb Universitetinin bu ilki məzunları da əmək bazarında özlərinə layiqli yer tutacaqlar.

Çıxış edən universitetin müəllimləri də təbriklərini və ən xoş arzularını ifadə ediblər.

Daha sonra tələbələrin hazırladıqları slayd şou nümayiş etdirilib. Məzunların çəkdiyi qısa metrajlı film isə xüsusi maraqla qarşılanıb.
Məzunlar öz müəllimlərinə beş dildə minnətdarlıqlarını çatdırıb, aldıqları yüksək keyfiyyətli təhsil, bilik və bacarıqlara görə Qərb Universitetinə borclu olduqlarını qeyd ediblər.

Daha sonra təhsil müddətində fərqlənmiş tələbələrə fəxri məzun sertifikatları təqdim olunub.

Sonra məzunların ənənəvi “papaq atma” mərasimi keçirilib.

image description image description image description image description image description image description