Sumqayıtda günün ən qızmar vaxtı müasir marşrut avtobuslarında kondisionerləri işlətmirlər. Sumqayıtda günün ən qızmar vaxtı müasir marşrut avtobuslarında kondisionerləri işlətmirlər.

Sumqayıtdakı yeni avtobuslarda kondisionerlər işlədilmir - sərnişinlər narazıdır - VİDEO

Sumqayıtda günün ən qızmar vaxtı müasir marşrut avtobuslarında kondisionerləri işlətmirlər.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, avtobusların pəncərəsi açılmadığından və yaxud çox kiçik olduğundan içəridə temperatur yüksək olur və havasızlıq yaranır.

Şəhər sakinləri bildirir ki, Sumqayıta gətirilən müasir görkəmli 5,6 və 7 saylı marşrut xətlərində hərəkət edən avtobuslarda kondisonerlər işlədilmir. Son günlər havalar isti keçdiyindən bu məsələ ciddi problemlərə yol açır, sürücülərlə sərnişinlərin arasında tez-tez mübahisəyə səbəb olur.

Sakinlər bəzi hallarda sürücülərin artıq yanacaq istifadə edildiyinə görə kondiosenri işlətmədiklərini deyirlər. Sürücülər isə bu iddialarla razılaşmır.

Məsələyə Sumqayıt Şəhər Nəqliyyatı Məhdud Məsuliyyəti Cəmiyyətindən münasibət bildirən olmas da, sərnişinlər problemin tez bir zamanda həll edilməsini arzulayır.