2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ermənilər tərəfindən qətlə yetirilməsi cəmiyyəti yenidən silkələyib. Hər kəs ermənilərin bu addımını lənətləyir, yarımçıq qalmış və günahsız öldürülən bir uşaq ömründən yazır. 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ermənilər tərəfindən qətlə yetirilməsi cəmiyyəti yenidən silkələyib. Hər kəs ermənilərin bu addımını lənətləyir, yarımçıq qalmış və günahsız öldürülən bir uşaq ömründən yazır.

“Zəhra, qalx ayağa qızım sənə kukla alıb”- Kamil Zeynallı

2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ermənilər tərəfindən qətlə yetirilməsi cəmiyyəti yenidən silkələyib. Hər kəs ermənilərin bu addımını lənətləyir, yarımçıq qalmış və günahsız öldürülən bir uşaq ömründən yazır.

AzNews.az həmin şəxslərin fikirlərini təqdim edir:

İdmançı Kamil Zeynallı: “Allah Zəhranın atasına səbr versin. Məndə valideyinəm, ürəyim götürmədi atasının fəryadını, özümə borc bilib gəldim. Qısasımızı artıqlaması ilə çıxacayıq. Zəhra bala Allah sənə rəhmət eləsin. Qalx ayağa, qızım sənə kukla alıb gətirib.”

Əməkdar artist Röya: “Biz səninlə öldk Zəhra”.

Müğənni Elton Hüseynəliyev: “Allah erməniləri yer üzundən silsin. Bu mələyin nə günahı var idi? Neynəməlidir o? Allah bəlalarını verəcək”.

Rejissor Kənan M.M. “Evdə qızlarımızın üzünə baxa bilmirəm. Elə bilirəm zəhralar mənə baxır. Bu saat bizə öz övladlarımızın yanında oturmaq haramdı. Yerimiz, vətənimiz səngərdən başlamalıdır. Bağrım yanıb kül oldu. Namuzsuzlar. Ya ölək qurtaraq, ya dalib olaq. Artıq yetər, nə qədər zəhralar, mübarizlər qurban verməliyik. Biz isə bir-birimizin ətini yeyirik. Yaralı Azərbaycan”.

Müğənni Ayaz Qasımov: “Nur içində yat mələk üzlü. Sənə qıyanları Allah yer üzündən yox etsin”.

Bahar RÜSTƏMLİ

AzNews.az